Hellouin (film, 1978)

Hellouin
ing. Halloween
Janr Sleşer filmi
Əsas mövzu seriyalı qatil
Rejissor Con Karpenter
Prodüserlər Debra Hill
İrvin Yablans
Mustafa Akkad[1]
İcraçı prodüser Mustafa Akkad
Ssenari müəllifi Con Karpenter[2]
Baş rollarda Nik Kastl
Donald Plezens
Ceymi Li Körtis
Nensi Kays
Operator Din Kandi
Bəstəkar Con Karpenter
Rəssamlar Tommi Li Uolles
Kreyq Sterns
Quruluşçu rəssam Tommi Li Uolles
Montajçı Tommi Li Uolles
İstehsalçı Falcon International Productions
Distribütor Netflix
İlk baxış tarixi 25 oktyabr 1978
Filmin növü Qorxu filmi
Müddət 101 dəqiqə
Büdcə $325 000[3]
Gəlir $70 milyon[4]
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 1978
Əvvəlki film yoxdur
Sonrakı film Hellouin 2
Rəng Rəngli
Çəkiliş yeri Los-Anceles, Kaliforniya
IMDb ID0077651

Hellouin (ing. Halloween) — 1978-ci ildə istehsal olunmuş ABŞ filmidir.[5][6] Film 2006-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində[7] mühafizə edilməsinə qərar verilmişdir.[8][9] Filmin rəssam və montajçılarından biri Tommi Li Uollesdir. Tommi Li Uolles 1982-ci ildə filmin ayrıca davamı olan Hellouin 3: İfritələrin vaxtı filminə və 1990-cı ildə ABŞ yazıçısı Stiven Kinqin yazdığı eyniadlı əsəri əsasında çəkilən O filminə rejissorluq etmişdir.

"Hellouin" filmi 1978-ci ildə çəkilmiş və həmin ildə qiymətləndirməylə $300 və ya 325 min[10] büdcə ilə ABŞ-də 47 milyon, dünya ölkələrində isə $60 milyon ABŞ dolları həcmində gəlir əldə etmişdir. Bir müddət sonra filmin gəliri $70 milyona çatmışdır.[11] Beləcə, "Hellouin" filmin ən çox qazanc gətirən müstəqil filmlərdən biri olmuşdur. Filmin əsas ilham mənbəyi ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok tərəfindən çəkilən "Psixo" filmidir. Filmdə göstərilən hadisələr İllinoys ştatının film üçün uydurulan Heddonfild şəhərciyində baş verir.[12] Əslində, Heddonfild adlı şəhərcik Nyu Cersi ştatına mənsubdur.[13][14][15] "Hellouin" filmi[16] bir sıra mükafatlar və nominasiyalara layiq görülmüşdür.[17][18]

Tənqidçilərin sözlərinə görə bu film, qatil ilə tamaşaçı arasında əlaqə yaradaraq sadizm və qadın düşmənliyini təşviq edir.[19] Digər tənqidçilərə görə filmin 1970-ci illərdə Amerikan gənclərinin əxlaqsızlığının ictimai tənqidi olduğunu söyləyirlər.[20] Çünki Maykl Mayersin qurbanlarının çoxu narkotik asılılığından əziyyət çəkir və daha çox şəxsi həyatlarına fikir verən şəxslərdir. Filmin baş qəhrəmanı filmdə günahsız biri olaraq tanıdılmışdır. Lakin səhnələrin birində onun marixuana çəkərkən göstərilir. Filmin rejissoru və ssenaristlərindən biri olan Con Karpenter isə bütün bu fikirləri inkar edir.[21] Onun sözlərinə görə filmin mövzusu həmin vaxtda çəkilən sleşer janrlı filmlərə uyğun variantda hazırlanmışdır.[22]

  1. Mustafa Akkadın "Fangoria" jurnalına müsahibəsi HalloweenMovies.com Arxivləşdirilib 2006-09-26 at Archive-It; Yoxlanılıb: 4 oktyabr 2014
  2. Debra HillJohn Carpenter, Debra Hill: Halloween. A Screenplay. Script City, Hollywood 1978(?).
  3. "Box Office Mojo saytında büdcə və gəliri". Box Office Mojo. 2016-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2014.
  4. "Imdb.com saytında büdcə və gəliri". Imdb.com. 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2014.
  5. Rekin Teksoy (2005). Rekin Teksoy'un Sinema Tarihi. Oğlak Yayıncılık ve Reklamcılık Ltd. Şti.. ss. s. 824. ISBN 975-329-499-9.
  6. 31 Days of Horror Countdown Arxivləşdirilib 2018-09-06 at the Wayback Machine; Yoxlanılıb: 9 oktyabr 2014
  7. "Halloween Added to the National Film Registry". Horror Movies, CA. September 26, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 22, 2010.
  8. "Imdb.com saytında mükafatlar və nominasiyalar". Imdb.com. 2016-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2014.
  9. "Librarian of Congress Adds Home Movie, Silent Films and Hollywood Classics to Film Preservation List". Библиотека Конгресса. 26 dekabr 2006. 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2008.
  10. Hellouin Arxivləşdirilib 2021-08-03 at the Wayback Machine Upcomingvfxmovies.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014
  11. Hellouin Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine The-numbers.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014
  12. Haddonfield Arxivləşdirilib 2018-10-19 at the Wayback Machine Halloweenmovie.wikia.com Yoxlanılıb: 28 sentyabr 2014
  13. "Haddonfield: Quaker roots run deep" Arxivləşdirilib 2012-07-07 at Archive.today, Courier-Post, Yoxlanılıb: 28 sentyabr 2014
  14. New Jersey Division of Alcoholic Beverage Control. New Jersey ABC list of dry towns (May 1, 2013)
  15. Giordano, Rita. "More towns catching liquor-license buzz; Moorestown considers ending its dry spell" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, The Philadelphia Inquirer, Yoxlanılıb: 28 sentyabr 2014
  16. "Empire's 500 Greatest Movies of All Time". Empire (magazine). September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2011.
  17. Total Film. "Film features: 100 Greatest Movies Of All Time". Total Film. October 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2010.
  18. "Bravo's 100 Scariest Movie Moments". web.archive.org. October 30, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2010.
  19. Mick Martin, Marsha Porter (1986). Video Movie Guide 1987. Ballantine Books. ss. s. 60. ISBN 0-345-33872-3.
  20. Tony Williams (1996). "Trying to Survive on the Darker Side: 1980s Family Horror". The Dread of Difference: Gender and the Horror Film. University of Texas Press. ss. s. 164–165. ISBN 0-292-72794-1.
  21. Filmin 25. yıl dönümü için Divimax'in hazırladığı Halloween: A Cut Above the Rest isimli belgesel (1978; Troy, Mich.: Anchor Bay, 2003)
  22. Alan Jones (2005). The Rough Guide to Horror Movies. Rough Guides. ss. s. 102. ISBN 1-84353-521-1.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy